İstiqrazların buraxılması barədə qərarda ümumi emissiya məlumatları ilə yanaşı, istiqrazlara aid xüsusi şərtlər də qeyd edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Faiz ödənişi nəzərdə tutulduğu halda istiqrazların faiz dərəcəsi qərarda göstərilməlidir. Təmin edilmiş istiqrazlar buraxıldıqda təminatın təsviri və şərtləri də sənəddə əksini tapmalıdır. İstiqrazların və faizlərin ödənilməsi tarixi və müddəti barədə məlumatların göstərilməsi də tələb olunur. Bu məlumatlar investorların qiymətli kağızların gəlirliliyi, təminatı və ödəniş müddətləri barədə məlumat əldə etməsinə imkan verir.

