Polis əməkdaşı mənzil toxunulmazlığı hüququnu yalnız qanunda nəzərdə tutulan hallarda məhdudlaşdıra bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Məhkəmə qərarı və ya qanunda göstərilən digər əsaslar olmadıqda yaşayış yerinə daxil olmaq qadağandır. Məqsədəuyğunluq, müvəqqəti zərurət və digər mülahizələr özlüyündə mənzil toxunulmazlığının məhdudlaşdırılmasına əsas vermir. Qanunun bu tələbləri fiziki və hüquqi şəxslərə məxsus qeyri-yaşayış binalarına, tikililərə, torpaq sahələrinə və qanunvericiliklə müəyyən edilən digər obyektlərə daxilolma hallarına da şamil olunur. Mənzil toxunulmazlığı hüququnu qanunsuz məhdudlaşdıran polis əməkdaşı qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyır.