Büdcədənkənar dövlət fondlarının xərclərinin böyük hissəsi icmal büdcənin xərclərinə daxil edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Qanunda bu qaydadan istisnalar da müəyyənləşdirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun əməliyyat xərcləri və beynəlxalq banklarda, eləcə də digər maliyyə institutlarında vəsaitlərin yerləşdirilməsi ilə bağlı xərclər həmin istisnalara daxildir. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri də icmal büdcəyə daxil edilməyən xərclər sırasındadır.
