Bələdiyyələr və onların təmsil olunduqları milli assosiasiyalar dövlət büdcəsindən subvensiya ayrılması üçün təkliflərini hər il martın 15-dək təqdim edə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Təkliflər Maliyyə Nazirliyi tərəfindən 30 gün müddətində öyrənilir və qəbul edilib-edilməməsi barədə aidiyyəti bələdiyyələrə məlumat verilir. Maliyyələşdirilməsi məqsədəuyğun sayılan layihələr üzrə müvafiq əsaslandırmalar və tələb olunan sənədlər mayın 1-dək təqdim olunmalıdır. Dövlət büdcəsindən ayrılan subvensiyalar təsdiqlənmiş layihələrə uyğun bölüşdürülür və büdcədə bu məqsəd üçün ayrıca sətir nəzərdə tutulur.

