
Polis əməkdaşları odlu silahdan yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda istifadə edə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Odlu silahın tətbiqinə, xüsusilə, silahlı basqınların və insan həyatına real təhlükə yaradan cinayətlərin qarşısının alınması zamanı yol verilir. Silahlı müqavimət göstərən şəxsin yaxalanması və odlu silahın başqa şəxsin əlinə keçməsinin qarşısının alınması da qanunda göstərilən hallardandır. Terrorçuluq, dini ekstremizm və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısının alınması zamanı da odlu silah tətbiq edilə bilər. Bununla belə, silahdan istifadə qanunla müəyyən edilmiş qaydalara və yaranmış təhlükənin xarakterinə uyğun olmalıdır.
