Polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsinə zidd daxil olmazdan əvvəl bunun əsaslarını izah etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Əməkdaş daxilolmanın səbəblərini yaşayış yerində yaşayan və ya müvəqqəti qalan şəxsə bildirməlidir. O, həmçinin daxilolma ilə əlaqədar həmin şəxsin hüquqlarını izah etməlidir. Şəxs yaşayış yerinə daxilolmağa icazə vermədikdə, polis əməkdaşı onun hərəkətinin qanuna zidd olduğunu izah etməlidir. Bu vəzifələr mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması zamanı qanuni prosedurun təmin edilməsinə xidmət edir.