İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi zamanı emissiya prospekti və ya qanunla müəyyən edilmiş hallarda informasiya memorandumu hazırlanmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Emitent və ya qiymətli kağızları təklif edən şəxs onların tənzimlənən bazarda ticarətə buraxılması üçün müvafiq sənədi tərtib etməlidir. Emissiya prospektində və informasiya memorandumunda emitentin maliyyə vəziyyəti və qiymətli kağızlarla təsbit olunan hüquqlar barədə məlumatlar yer almalıdır. Sənədlərin mətni dəqiq və aydın olmalı, onların hazırlanmasında iştirak edən şəxslər məlumatların həqiqi faktlara əsaslandığı barədə bəyanatlarını daxil etməlidirlər. Emissiya prospektinə və informasiya memorandumuna dair tələbləri Mərkəzi Bank müəyyən edir.