Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə həmin səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ayırmalıdırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. İcra hakimiyyəti orqanlarının qərarları yerli büdcələrin gəlirlərinin azalmasına və ya xərclərinin artmasına səbəb olarsa, müvafiq fərq həmin qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya edilməlidir. Bələdiyyələr yerli büdcənin icrası barədə məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada statistika orqanlarına və Maliyyə Nazirliyinə təqdim edirlər. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, dövlət bələdiyyələrin xərc öhdəliklərinə görə məsuliyyət daşımır.