Yerli büdcənin kassa icrası bələdiyyənin müraciəti əsasında dövlət xəzinədarlığı vasitəsilə və ya qanunvericiliklə müəyyən edilmiş digər üsullarla həyata keçirilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Bələdiyyələrin gəlir və xərc əməliyyatları dövlət xəzinədarlığı vasitəsilə aparıldıqda uçot-hesabatın təşkili üzrə texniki xidməti xəzinədarlıq təmin edir. Digər hallarda maliyyə əməliyyatları üzrə ödəniş və uçot-hesabat işlərinin aparılması qaydaları qanunvericiliklə müəyyən edilir. Bələdiyyələr büdcə ilindən sonrakı ilin ilk iş günündə gəlir və xərc əməliyyatlarının dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsindən imtina edə bilərlər.

