Vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olduqları və ya hərbi toplanışlara çağırıldıqları vaxtdan hərbi qulluqçu statusu əldə edirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Hərbi xidmətə çağırılma, könüllü daxilolma və ya bağlaşma əsasında xidmətə başlama statusun əldə edilməsi üçün əsasdır. Hərbi təhsil müəssisələrinə daxil olan şəxslər də qanunda göstərilən qaydada bu statusu əldə edirlər. Xidmətdən buraxılma və hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılma statusun itirilməsi ilə nəticələnir. Hərbi təhsil müəssisəsindən çıxarılan və ya xaric edilən, yaxud toplanışı başa çatdıran şəxslər də müvafiq olaraq həmin statusu itirirlər.