Hərbi qulluqçuların müəyyən hallarda dövlət və ictimai müəssisələrdə əlavə elmi və pedaqoji fəaliyyətlə məşğul olmasına icazə verilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, hərbi hissə komandiri və ya hərbi müəssisə və təşkilatın rəhbəri belə fəaliyyətə fərdi qaydada icazə verə bilər. Bu imkan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilmir. İcazə elmi, pedaqoji, ixtiraçılıq və ekspert fəaliyyəti ilə bağlı işləri əhatə edir. Belə fəaliyyət hərbi xidmətin xüsusiyyətləri və qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilir.