Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular müxtəlif növ məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanun növbəti, qısamüddətli, xəstəliyə görə, təhsil, yaradıcılıq və əlavə məzuniyyətləri nəzərdə tutur. Hərbi təhsil müəssisəsini bitirməklə bağlı məzuniyyət də müvafiq hallarda verilir. Qadın hərbi qulluqçulara hamiləliyə və doğuşa görə, eləcə də uşağa üç yaşı tamam olanadək qulluq etmək üçün məzuniyyət hüququ tanınır. Məzuniyyətlərin verilməsi hərbi xidmətin xüsusiyyətləri və qanunvericiliyin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir.

