Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bu səbəbdən xidmətdən buraxılmış hərbi qulluqçular mənzil təminatında üstün hüquqa malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanun belə şəxslərə seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin növbədənkənar verilməsini nəzərdə tutur. Torpaq sahəsinin ayrılması müvafiq qanunvericiliyə uyğun qaydada həyata keçirilir. Bu hüquq hərbi xidmət zamanı sağlamlığına zərər dəymiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Mənzil təminatı zamanı qanunda nəzərdə tutulan xüsusi əsaslar nəzərə alınır.

