Xidmət yerində hərbi tibb müəssisəsi olmadıqda hərbi qulluqçular mülki tibb müəssisələrində tibbi yardım ala bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Təcili tibbi yardım zərurəti yarandıqda da mülki tibb müəssisələrinə müraciət edilməsi nəzərdə tutulur. Müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla, digər hərbi qulluqçulara xidmətlər zərfində nəzərdə tutulan tibbi xidmətlər icbari tibbi sığorta vəsaitləri hesabına göstərilir. Xidmətlər zərfinə daxil olmayan xidmətlər, eləcə də müddətli həqiqi hərbi xidmət qulluqçularına göstərilən tibbi yardım dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu qaydalar hərbi qulluqçuların xidmət yerindən asılı olmayaraq zəruri tibbi yardıma çıxışını təmin etməyə yönəlib.