Polis əməkdaşı yaşayış yerinə sakinlərin iradəsinə zidd daxil olarkən təhlükəsiz üsul və vasitələrdən istifadə etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Zəruri müdafiə və son zərurət halları istisna olmaqla, daxilolma zamanı təhlükəsizlik tələblərinə əməl olunmalıdır. Polis əməkdaşı yaşayış yerində olan şəxslərin şərəf və ləyaqətinə, həyatına, sağlamlığına və mülkiyyətinə hörmətlə yanaşmalıdır. Zərurət olmadan onlara və ya əmlaka zərər vurulmasına yol verilməməlidir. Bu tələblər mənzilə daxilolma zamanı şəxslərin hüquqlarının və təhlükəsizliyinin qorunmasına yönəlib.