
İnsan həyatına qəsd edildikdə polis əməkdaşlarının odlu silah tətbiq etməsi üçün qanuni əsas yarana bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, məcburi dayandırma vasitələrinin tətbiqi nəticə vermədikdə belə tədbir görülə bilər. İnsan həyatına real təhlükə yaradan cinayətin qarşısının alınması da odlu silahın tətbiqinə əsas verən hallardandır. Bundan başqa, insanlara hücum edən və ya real təhlükə yaradan heyvanın məhv edilməsi üçün də odlu silahdan istifadə oluna bilər. Hər bir halda silahın tətbiqi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.
