
Polis xidmətinə qəbul olunan şəxslərin hazırlığı qanunla müəyyən edilmiş qaydada təşkil edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Xidmətə qəbul edilmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hazırlıq kursları keçməlidirlər. Namizədlərin fiziki hazırlığı və sağlamlıq vəziyyəti də qəbul zamanı yoxlanılmalıdır. Polis xidmətinə qəbul edilmiş şəxslərə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənən xidməti vəsiqə verilir. Xidmətə qəbul və xidmətkeçmə qaydaları müvafiq qanunla təsdiq edilən əsasnamə ilə tənzimlənir.
