İnvestisiya qiymətli kağızlarının reklamında investorların qərar qəbul etməsi üçün zəruri məlumatlar göstərilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Reklamda emissiya prospektinin və ya informasiya memorandumunun dərc olunduğu yerlər barədə də məlumat verilməlidir. Qiymətli kağızların reklamının xüsusiyyətləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Reklam və digər vasitələrlə təqdim olunan məlumatlar qeyri-dəqiq və çaşdırıcı olmamalı, emissiya prospektində və ya informasiya memorandumunda əks olunan məlumatlara uyğun gəlməlidir. Prospekt və memorandumun hazırlanmasının tələb edilmədiyi hallarda isə emitent investorlar üçün nəzərdə tutulan informasiya xarakterli məlumatları açıqlamalıdır.