Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların ölkə hüdudlarından kənara getməsi qanunvericiliklə müəyyən edilmiş şərtlərə tabedir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda müəyyən tədbir və əməliyyatlarda iştirak etmək üçün xaricə gedə bilərlər. Bu qayda beynəlxalq hərbi təlimlərə, antiterror və xilasetmə tədbirlərinə, eləcə də xidməti zərurətlə bağlı digər əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət qulluqçularına da aiddir. Qanunda hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri üçün istisna nəzərdə tutulub. Xaricə getmək məsələsi hərbi xidmətin tələbləri və müvafiq icazə prosedurları nəzərə alınmaqla həll edilir.