Borclu müəssisə ilə kreditorlar arasında borcların ödənilməsi şərtlərinə dair barışıq sazişi bağlana bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Barışıq sazişi kreditorlara çatacaq ödənişlərin təxirə salınmasını və ya hissə-hissə ödənilməsini nəzərdə tuta bilər. Razılaşmaya əsasən, borcun müəyyən hissəsinin güzəşt edilməsi də mümkündür. Sazişdə borclu müəssisənin yenidən təşkili ilə bağlı şərtlər də əks oluna bilər. Bu razılaşma borclu ilə kreditorlar arasında əldə edilən qarşılıqlı razılıq əsasında formalaşır.