Borclu müəyyən öhdəliklərini ardıcıl iki ay ərzində tam icra etmədikdə ödəmə qabiliyyətsiz hesab edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Söhbət həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, aliment, əmək münasibətlərindən yaranan öhdəliklər və müəlliflik müqaviləsinə görə ödənilən haqlardan gedir. Borclunun bu öhdəlikləri üzrə ödəniş müddəti başladığı andan etibarən ardıcıl iki ay ərzində tam ödəniş etməməsi ödəmə qabiliyyətsizliyinin müəyyənləşdirilməsi üçün əsasdır. Bu hal borclunun özü tərəfindən təsdiq edilə və ya məhkəmə, yaxud kreditorlar tərəfindən müəyyən oluna bilər. Qanuna əsasən, ödəmə qabiliyyəti olmayan borclu iflas prosesinə məruz qala bilər.