Nəqliyyat vasitələri duracaqlarının və qarajlarının sahibləri avtomobillərin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Nəqliyyat vasitəsi saxlanca qəbul edildikdən sonra onun müəyyən edilmiş qaydalara uyğun saxlanılmamasına görə duracaq və dayanacaq sahibləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu məsuliyyət avtomobilin saxlanca qəbul edilməsindən sonra onun təhlükəsizliyinin təmin olunmasını əhatə edir. Duracaq və qaraj sahibləri nəqliyyat vasitəsinin sahibi və ya sürücüsündən saxlanılma qaydalarına əməl etməyi tələb etməlidirlər. Beləliklə, avtomobilin təhlükəsiz saxlanılması üçün məsuliyyət yalnız onun sahibinin deyil, saxlanca qəbul edən tərəfin də üzərinə düşür.
