Qanunla müəyyən edilmiş bəzi nəqliyyat vasitələri istehsal olunduğu vaxtdan bir il müddətində texniki baxışa cəlb edilmir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu güzəştə müəyyən kateqoriyalı nəqliyyat vasitələri, avtobuslar və icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri daxildir. Təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri də həmin müddətdə texniki baxışdan azaddır. Digər müvafiq kateqoriyaya aid nəqliyyat vasitələri isə istehsal olunduğu vaxtdan dörd il ərzində texniki baxışa cəlb edilmir. Bu müddətlər bitdikdən sonra nəqliyyat vasitələri qanunda müəyyən edilmiş dövri texniki baxış qaydalarına uyğun yoxlanılır.

