İflas haqqında məhkəməyə təqdim edilən ərizə və ya iddia ərizəsi qanunun müəyyən etdiyi tələblərə uyğun olmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Ərizəyə əlavə edilməli sənədlərin təqdim olunmaması da tələblərin pozulması hesab edilir. Belə hallarda qanunvericilikdə nəzərdə tutulan prosessual nəticələr yarana bilər. Məhkəmə ərizəni qəbul etməkdən imtina edə, onu baxılmadan və ya hərəkətsiz saxlaya, yaxud geri qaytara bilər. Buna görə iflas haqqında müraciət təqdim edilərkən həm ərizənin məzmununa, həm də ona əlavə olunan sənədlərə dair tələblərə əməl edilməlidir.

