Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub.

Bu barədə Heftelik.az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Məlumata görə, dekan vəzifəsi üzrə müsabiqə fakültələr üzrə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələri üzrə elan edilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul ediləcək. Sənədlərin qəbulu bu gündən başlayaraq bir ay müddətində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında aparılacaq.

Qeyd edək ki, müsabiqə sözügedən fakültələrdə hazırda fəaliyyət göstərən dekanların səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 19 noyabr tarixli sərəncamları ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək BDU-nun rektoru təyin olunub.

Məleykə Abbaszadə BDU-nun rektoru oldu

Məleykə Abbaszadə bi vəzifədə Elçin Babayevi əvəz edib.

Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edildi