Əmlak inzibatçısı təyin ediləcək fiziki şəxslər hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə malik olmalıdırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Bu sahələr üzrə təhsilə bərabər əməli təcrübəsi olan şəxslər də əmlak inzibatçısı təyin edilə bilərlər. Müəyyən cinayətlərə görə vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmiş, cəzası başa çatmamış şəxslər bu vəzifəyə təyin oluna bilməzlər. Barəsində iflas prosesi başlanmış şəxslərin də əmlak inzibatçısı olması qadağandır. Bu tələblər vəzifəyə təyin edilən şəxsin peşəkar və qanunvericiliyin müəyyən etdiyi meyarlara uyğun olmasını nəzərdə tutur.