
Kreditorların ilkin yığıncağının tarixi, dəqiq vaxtı və yeri barədə bildiriş əvvəlcədən göndərilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Bildiriş yığıncağın keçirilməsinə ən geci 7 gün qalmış poçt vasitəsilə bütün məlum kreditorlara çatdırılmalıdır. Bununla yanaşı, bildiriş rəsmi dövri mətbu nəşrdə iki dəfə dərc olunmalıdır. İkinci dərc yığıncağın keçirilməsinə ən geci 3 gün qalmış həyata keçirilməlidir. Bu tələblər kreditorların yığıncaq barədə vaxtında məlumatlandırılmasını nəzərdə tutur.
