Məhkəmə qanunvericilikdə nəzərdə tutulan əsaslarla yanaşı, müəyyən hallarda da borclunun müflis elan edilməsindən imtina edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Borclu qanunun tələblərinə uyğun olaraq ödəmə qabiliyyəti olmayan şəxs hesab edilmədikdə məhkəmə müflis elan etməkdən imtina edə bilər. Ərizəçi qanunda göstərilən şəxslər sırasına daxil olmadıqda da belə qərar qəbul edilə bilər. Bu hallarda məhkəmə əsassız iflas ərizəsinin verilməsi nəticəsində borcluya və ya kreditorlara dəymiş ziyanın əvəzinin ödənilməsi barədə göstəriş verə bilər. Beləliklə, iflas iddiasının əsassız olduğu müəyyənləşdirildikdə müraciət nəticəsində yaranmış zərərin kompensasiyası məsələsi də həll oluna bilər.

