Borclunun vergilər və digər dövlət ödənişləri üzrə öhdəliklərini ardıcıl 10 ay ərzində tam icra etməməsi ödəmə qabiliyyətsizliyinə əsas yaradır. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Bu müddət vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının hesablandığı gündən etibarən müəyyən edilir. Borclu digər kreditorlar qarşısında öhdəliklərini də icra üçün müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə ödəmə qabiliyyətsiz hesab oluna bilər. Ödəmə qabiliyyətsizliyi borclunun özü tərəfindən təsdiqlənə və ya məhkəmə, yaxud kreditorlar tərəfindən müəyyən edilə bilər. Belə hallarda borclu iflas prosesinə məruz qalır.

