İnvestisiya qiymətli kağızlarının emissiya prospekti və ya informasiya memorandumu Mərkəzi Bank tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Sənədlər qanunla müəyyən edilmiş vahid məlumat resursunda, fond birjasının və emitentin internet səhifələrində, belə səhifələr olduqda, dərc edilməlidir. Emissiya prospekti və ya informasiya memorandumu emitentin ünvanında və qiymətli kağızların satış yerlərində də olmalıdır. Emitent və ya yerləşdirməni həyata keçirən investisiya şirkəti sənədlərlə tanış olmaq istəyən şəxslərdən bunun üçün ödəniş tələb edə bilməz. Mərkəzi Bankın təsdiqləmədiyi emissiya prospektinin və ya informasiya memorandumunun açıqlanmasına və reklamına icazə verilmir.