
Azərbaycanda polis xidmətinə qəbul könüllülük əsasında həyata keçirilir və namizədlər müəyyən tələblərə cavab verməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Polis xidmətinə yaşı 20-dən aşağı olmayan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlar qəbul edilə bilərlər. Namizədlər şəxsi və iş keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə polis qarşısında duran vəzifələri yerinə yetirməyə qadir olmalıdırlar. Onların hərbi xidmət keçməsi və ya polis təhsil müəssisələrini bitirməsi də tələb olunur. Xidmətə qəbul edilən şəxslərin fiziki hazırlığı və sağlamlığı müəyyən edilmiş qaydada yoxlanılır.
