Hərbi qulluqçular hərbi və əlavə təhsil müəssisələrinə daxil olmaq və orada təhsil almaq hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanun zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına mülki təhsil müəssisələrində oxumaq imkanı da verir. Bunun üçün müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi tələb olunur. Təhsil müəssisəsində oxuyarkən həqiqi hərbi xidmətə çağırılan şəxslərin xidmətdən buraxıldıqdan sonra əvvəl təhsil aldıqları müəssisəyə və həmin kursa bərpa olunmaq hüququ saxlanılır. Bu təminat hərbi xidmətlə əlaqədar təhsilini yarımçıq qoymuş şəxslərin təhsillərini davam etdirməsinə imkan yaradır.

