Nazir Azərbaycanda ümumi təhsil üzrə 12 illik tədrisə keçidlə bağlı məsələyə aydınlıq gətirib
Gündəmdə 12 illik məktəbə keçidlə bağlı məsələ yoxdur, yaxın aylarda nəzərdə tutulmur. Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
