Emitent bir il ərzində bir neçə istiqraz və ya digər səhm olmayan investisiya qiymətli kağızı buraxılışı planlaşdırdıqda baza emissiya prospekti tərtib edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Baza emissiya prospekti Mərkəzi Bank tərəfindən təsdiq edilir və qanunla müəyyən edilmiş qaydada açıqlanır. Emitentin hər buraxılışla bağlı həmin prospektə etdiyi dəyişikliklər Mərkəzi Banka təqdim olunmalıdır. Müvafiq buraxılış qanunun tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınır. Emissiya prospektinə aid qanunvericilik müddəaları baza emissiya prospektinə də şamil edilir.

