Büdcədənkənar dövlət fondlarının idarə edilməsi, vəsaitlərinin istifadəsi və uçotu qanunvericiliyə uyğun həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Bu prosesdə “Büdcə sistemi haqqında” qanunun müddəaları ilə yanaşı, həmin fondların fəaliyyətini tənzimləyən qanunlar və digər normativ hüquqi aktlar nəzərə alınır. Fondların vəsaitlərinin idarə olunması müəyyən edilmiş hüquqi çərçivədə aparılmalıdır. Bu tələblər maliyyə əməliyyatlarının qanunauyğun şəkildə həyata keçirilməsini nəzərdə tutur.