Qanun müəyyən hallarda şəxsin məhkəmə qərarı olmadan təxirəsalınmadan tutulmasına icazə verir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Belə hallar arasında şəxsin cinayət törədərkən və ya cinayətdən bilavasitə sonra yaxalanması yer alır. Hadisəni birbaşa görən şəxslərin, o cümlədən zərərçəkənlərin konkret şəxsin cinayət törətdiyini göstərməsi də tutulma üçün əsas ola bilər. Şübhəli şəxsin özündə, paltarında, digər əşyalarında, yaşayış yerində və ya nəqliyyat vasitəsində cinayətin izləri aşkarlandıqda da təxirəsalınmaz tutulmaya yol verilə bilər. İnzibati qaydada tutulma isə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hallara uyğun həyata keçirilir.