
Polis əməkdaşlarının həyat və sağlamlığı dövlət büdcəsinin vəsaiti hesabına icbari qaydada sığortalanır. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Sığortalanma “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun həyata keçirilir. Xidməti vəzifələrin icrası zamanı həlak olan və ya vəfat edən əməkdaşın ailəsinə, eləcə də xəsarət alan və sağlamlığına başqa zərər dəyən əməkdaşa kompensasiya verilə bilər. Kompensasiyanın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Bu təminatlar polis əməkdaşlarının xidməti fəaliyyət zamanı üzləşə biləcəyi risklərə qarşı dövlət müdafiəsini nəzərdə tutur.
