Hərbi qulluqçuların sağlamlığının qorunması və onlara tibbi yardım göstərilməsi dövlət təminatları sırasındadır. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanun hərbi qulluqçuların sanitar-gigiyena, epidemiyaya qarşı və müalicə-profilaktika tədbirlərindən yararlanmasını nəzərdə tutur. Onların səhhətinə daim nəzarət edilməli və hərbi tibb müəssisələrində tibbi yardımın bütün növləri göstərilməlidir. Hərbi qulluqçular məcburi ambulator və ya stasionar tibbi müayinədən keçirilirlər. Müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla, digər hərbi qulluqçular ildə azı bir dəfə icbari narkoloji müayinədən keçirlər.