Kütləvi təklif edilən investisiya qiymətli kağızlarının dəyəri, qanunda nəzərdə tutulan istisna xaric, yalnız pulla ödənilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Ödənilən vəsait klirinq təşkilatının üzvü olan banklarda emitentin açdığı müvəqqəti cari hesabda saxlanılır. Kütləvi təklif edilən səhmlər üzrə həmin vəsaitin emitentin hesabına köçürülməsi qanunun 11.4-cü maddəsində müəyyən edilən qaydada həyata keçirilir. Kütləvi təklif edilən istiqrazlar üzrə isə pul vəsaiti yerləşdirmə başa çatdıqdan dərhal sonra emitentin hesabına köçürülür. “Kraudfandinq haqqında” qanunda nəzərdə tutulan hal üçün ayrıca istisna müəyyən edilib.
