Polis əməkdaşlarının elektroşok vasitələrindən istifadə etməsi yalnız qanunda göstərilən hallarda mümkündür. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Elektroşok vasitələri insan həyatına və sağlamlığına real təhlükə yaradan basqınlar zamanı tətbiq edilə bilər. Qanun bu vasitələrdən kütləvi iğtişaşlar və yaşayış binalarına qrup halında basqınların dəf edilməsi zamanı da istifadəyə icazə verir. Silahlı müqavimət göstərilməsi və müəyyən şəxslərin həbsdən qaçmasının qarşısının alınması da belə hallara daxildir. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.