
Polis əməkdaşı fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq etdiyi hallar barədə dərhal yazılı məlumat verməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Məlumat əməkdaşın xidmət etdiyi polis orqanına və ya odlu silahın tətbiq edildiyi ərazinin polis orqanına təqdim edilməlidir. Bundan başqa, fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi barədə 24 saat ərzində müvafiq prokurora da yazılı məlumat verilməlidir. Bu qaydalar belə halların rəsmiləşdirilməsinə və qanunauyğunluğunun araşdırılmasına xidmət edir. Polis əməkdaşları qanunla müəyyən edilmiş məlumatvermə müddətlərinə riayət etməlidirlər.
